Xameneyidən “baş örtüyü qaydası” açıqlamasıbackend

Xameneyidən “baş örtüyü qaydası” açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın ali dini lideri Əli Xamenei deyib ki, ölkədə məcburi hicab qaydalarına tam əməl etməyən qadınları ateizmdə və rejimə müxalifətdə ittiham etmək olmaz.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Xamenei İranda “Analar günü” kimi qeyd olunan Fatimənin mövlud ildönümü münasibətilə paytaxt Tehrandakı iqamətgahında bir qrup qadınla görüşdüyü vaxt deyib.

Görüşdən sonra etdiyi çıxışında ölkənin qərar qəbuletmə mexanizmlərinin müxtəlif səviyyələrində qadınların işə götürülməsinin vacib olduğunu bildirən Xamenei “Bu gün Allahın izni ilə burada gələcəyimiz və düşüncəmiz üçün çox faydalı olacaq xoş bir görüş keçirildi” ifadələrini səsləndirib.

“Son hadisələrdə düşmənin ümidi hicab qaydasına tam əməl etməyən qadınların çadranı tamamilə çıxaracaqlarına idi, lakin bu, onların istədikləri kimi olmadı” – deyə o qeyd edib.

Baş örtüyünün dini bir fərz olduğunu vurğulayan Xamenei, “Hicabın fərz olduğuna şübhə yoxdur, hər kəs bunu bilməlidir. Bu, şübhəsiz ki, əməl edilməli olan dini bir borcdur, amma baş örtüyünə tam əməl etməyənləri heç vaxt dinsiz və inqilab əleyhdarı olmaqda günahlandırmaq olmaz” ifadələrindən istifadə edib.