Xocavənddə partlayış – Ölən varbackend

Xocavənddə partlayış – Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xocavənddə əlində sursat partlayan şəxs ölüb.

NOCOMMENT “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə yaxın dəqiqələrdə rayonun Ağburun adlanan ərazisində baş verib. Belə ki, orada heyvan otaran 1971-ci il təvəllüdlü Elşən Hümbətov ərazidən partlayıcı sursat tapıb. E.Hümbətovun sursatla ehtiyatsız davranması nəticəsində partlayış baş verib. Nəticədə o, hadisə yerində vəfat edib.

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gedərək baxış keçiriblər. Ərazidə təhlükəsizlik tədbirləri görüldükdən sonra E.Hümbətovun meyiti ərazidən götürülərək morqa təhvil verilib.

Araşdırma aparılır.