Yaponiya G7 sammitində “nüvə silahı olmayan dünya” mesajını verəcəkbackend

Yaponiya G7 sammitində “nüvə silahı olmayan dünya” mesajını verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın baş naziri Kişida Fumio G7 Zirvə toplantısında nüvəsiz dünyanı təşviq etmək əzmlərini nümayiş etdirəcəklərini bildirib.

NOCOMMENT.az xəbər verir ki, G-7-nin nüvə silahı olmayan bir dünya üçün güclü mesaj verəcəyini ifadə edən Kişida, bu istiqamətdə daha konkret səylərlə irəliləyəcəklərini bildirib.

“Bütün nüvə tərksilahı səyləri üçün başlanğıc nöqtəsi olaraq, nüvə zərbələri reallığını ictimailəşdirmək vacibdir” deyə Kişida qeyd edib.

Çinin Sakit okeandakı təsirini və Rusiyanın Ukraynaya hücumunu xatırladan Kişida G7-nin status-kvonu zorla dəyişdirmək cəhdlərinə qarşı sərt mesaj verəcəyini açıqlayıb.

O, enerji və ərzaq təhlükəsizliyindən tutmuş iqlim dəyişikliyinə qədər bir çox məsələlərin müzakirə olunacağı sammitdə bütün dünyanın əməkdaşlığının vurğulanmalı olduğunu qeyd edib.

NOCOMMENT.AZ