YAŞAT Fondu şəhid övladlarının sosial müdafiəsi üçün görülən işləri açıqlayıbbackend

YAŞAT Fondu şəhid övladlarının sosial müdafiəsi üçün görülən işləri açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu günə qədər YAŞAT Fondu məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 4 417, itkin ailə üzvlərinin 7 və yaralıların 5 791 müraciəti olmaqla ümumilikdə 10 215 müraciəti təmin edib”.

NOCOMMENT xəbər verir ki, bunu YAŞAT Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov deyib.

Onun sözlərinə görə, 2020-ci ilin 27 sentyabr tarixindən sonra dünyaya gələn 102 şəhid övladı ilə bağlı “Onlar bizə əmanət” layihəsi çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədi ilə 1 000 manat məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 000 manat məbləğində depozit hesabı açılıb.

E.Hüseynov qeyd edib ki, hər iki valideynini itirən 7 şəhid övladının adına 5 000 manat məbləğində depozit hesabı açılıb.