Yeni Neta X krossoveri Çində debüt etdibackend

Yeni Neta X krossoveri Çində debüt etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən  xəbər verir ki, Çinin elektrikli avtomobil istehsalçısı Hozon Auto şirkəti yeni Neta X modelinin təqdimatını keçirərək daxili bazarda qiymətləri açıqlayıb. Bu barədə Autohome məlumat yayıb.

Neta X konfiqurasiyadan asılı olaraq 127-147 min yuana başa gələcək.Yeni məhsulun uzunluğu 4619 mm, təkər bazası 2770 mm-dir. Avtomobil 163 at gücünə malik elektrik stansiyası ilə təchiz olunub, maksimal sürəti 150 km/saatdır. Bir akkumulyatorun doldurulma məsafəsi 401 ilə 501 km arasında dəyişir.

Elektromobilin mərkəzi panelində fiziki düymələr yoxdur, avtomobil 9 düymlük cihazlar paneli ekranı və 16 düymlük multimedia sisteminin displeyi ilə təchiz edilib. Mərkəzi konsolun aşağı hissəsində smartfonlar üçün simsiz şarj cihazı var. Qeyd olunur ki, Neta X-in salonunda səthin 80%-i dəri bəzəklərə malikdir.