Coşqun Rəhimov fərqli obrazı ilə müzakirə yaradıb.
NOCOMMENT.az xəbər verir ki, aktyor “Maska” verilişinin son buraxılışında kovboy üslubunda geyimi ilə kamera qarşısına keçib.
Qəhvəyi şlyapa, saçaqlı pencək və xüsusi aksessuarlarla tamamlanan obraz sosial şəbəkələrdə maraq doğurub.
53 yaşlı sənətçinin paylaşımına çoxsaylı şərhlər gəlib. İzləyicilər aktyoru “əsl vestern qəhrəmanı”, “Azərbaycanın kovboyu” kimi ifadələrlə tərifləyiblər.
Coşqun Rəhimov hazırda ATV-də yayımlanan “Maska” şousunun münsiflər heyətində yer alır. Müxtəlif məşhurların maska altında səhnəyə çıxdığı layihədə iştirakçılar həm performansları, həm də səsləri ilə tanınmağa çalışırlar./yenisabah/



















