Ermənistan parlamentində müzakirələrdən sonra müxalifət qüvvələri ölkədə yeni etiraz aksiyalarına start verilməsini gündəmə gətirib.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə müxalif “Ermənistan” fraksiyasının üzvü Artur Xaçatryan danışıb.
“Vəziyyət ümidsiz deyil, baxmayaraq ki, vətəndaşların bir qismi arasında apatiya var, onu dəyişmək olar”, – deyə Xaçatryan söyləyib.
Ölkədə etiraz aksiyalarının keçiriləcəyini vurğulayan deputat dəqiq tarix barədə məlumat verməyib.