Muğlanın Datça rayonunda Yunanıstan sahil mühafizəsi tərəfindən Türkiyə ərazi sularına geri qaytarılan 13 qeyri-qanuni miqrant xilas edilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
Məlumata görə Datça rayonu sahillərində rezin qayıqlarla açıq dənizdə axıntıya düşən qeyri-qanuni miqrantların olduğu xəbərini alan Türkiyə Sahil Təhlükəsizlik qrupları bölgəyə dərhal xilasedici gəmi göndərib.
Rezin qayıqlarla Türkiyə ərazi sularına geri qaytarılan 13 qeyri-qanuni miqrant xilas edilib.