Fransa Türkiyə və Macarıstanın Finlandiyanın NATO-ya üzvlük protokolunu ratifikasiya etmək niyyətlərini elan etməsini alqışlayıb.
NOCOMMENT xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Türkiyənin, daha sonra Macarıstanın Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolu ratifikasiya etmək niyyətlərini bəyan etməsinin müsbət qarşılandığı bildirilib.
Bəyanatda Fransanın İsveç və Finlandiyanın NATO-ya üzv olmaq üçün birgə və təcili müraciətlərini ilk andan dəstəklədiyi vurğulanıb.