Niyə heç kim Angela Merkeli maskada görməyib?backend

Niyə heç kim Angela Merkeli maskada görməyib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya kansleri Angela Merkel həkimlərin tövsiyələrinə əməl etdiyini və ehtiyac olduqda maska ​​taxdığını söyləyib.

NOCOMMENT.az RİA Novostiyə istinadən xəbər verir ki, Angela Merkel Fransa prezidenti Emmanuel Makron ilə görüşdən sonra keçirilən mətbuat konfransında, indiyə qədər niyə maskada görünməməsi sualına cavab verib.

“Məsafəni saxlayanda maska ​​taxmağa ehtiyac duymuram, amma məsafə gözlənilməyən yerlərdə, məsələn, alış-verişə gedəndə maskadan istifadə edirəm və həmin an biz görüşmürük. Harada alış-verişə getdiyimi bildirsəm, o zaman məni maskada görə bilərsiz”

Daha sonra o, qaydalara əməl etdiyini qeyd edib. A.Merkel “Əlbəttəki məni maskada görə biləcəyiniz zamanlar olacaq” fikirlərini söyləyib.