Artıq üçüncü ildir ki, nazirlik tərəfindən ümumi təhsil müəssisələrində 4-cü siniflərin monitorinqi keçirilir.
NOCOMMENT.az xəbər verir ki, monitorinqin təhlili 4-cü siniflərdə qızların ana dili və riyaziyyat fənləri üzrə oğlanlardan üstün nəticələr əldə etdiyini göstərir.
Belə ki, 2021-2022-ci illərdə ana dili və riyaziyyat fənləri üzrə 30 sualdan müvafiq olaraq oğlanlar 16.7 və 15.7, qızlar 18.2 və 16.3, 2022-2023-cü illər üzrə oğlanlar 16.7 və 12.3, qızlar 18.5 və 12.5, 2023-2024-cü illər üzrə isə oğlanlar 14.5 və 16.4, qızlar 15.7 və 16.5-ni doğru cavablayıb.
Qeyd edək ki, ümumi təhsil müəssisələrində IV siniflər üzrə bütün təhsilalanların monitorinqdə iştirakı icbaridir. Yalnız üzrlü səbəblər (xəstəlik (tibbi arayış təqdim edildikdə), bədbəxt və fövqəladə hadisə) olduğu təqdirdə təhsilalanlar monitorinqdə iştirak etməyə bilərlər. Monitorinq nəticələrinin təhlili ibtidai sinif şagirdlərinin ümumi orta təhsil səviyyəsinə hazırlıq vəziyyətinin müəyyənləşdirilməsi və aparılan islahatların təsirlərinin ölçülməsi baxımından çox vacibdir. Monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə nəticələrinə, eyni zamanda, onların sinifdən sinfə keçmələrinə təsir göstərmir.