Azərbaycan Prezidenti İlham Əliyev bu gün videoəlaqə vasitəsilə İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə qoşulacaq.
NOCOMMENT.az xəbər verir ki, açılış sessiyasında Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının prezidenti Antoniu Koşta, Ukrayna Prezidenti Volodimir Zelenski və Kanadanın Baş naziri Mark Karninin çıxışları nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Prezidenti "Avropa Siyasi Birliyi"nin sammitlərində mütəmadi olaraq iştirak edir. Sonuncu dəfə İlham Əliyev Birliyin Tirana və Kopenhagendə keçirilmiş sammitlərinə qatılmışdı.
Xatırladaq ki, 2028-ci ildə "Avropa Siyasi Birliyi"nin sammiti Azərbaycanda keçiriləcək.











