Yağışa görə dərslər dayandırıla bilərmi? – AÇIQLAMAbackend

Yağışa görə dərslər dayandırıla bilərmi? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda və bölgələrdə aramsız yağan yağışlar bir çox yolları və keçidləri istifadəyə yararsız vəziyyətə qoyub.

Yağıntılar təhsildə hansı problemləri yaradıb? Şagirdlərin davamiyyəti necə davam edib?

NOCOMMENT.az xəbər verir ki, problemlə bağlı təhsil eksperti Elşən Qafarov Demokrat.az-a bildirib ki, artıq iki gündür ki, Bakı şəhərində xüsusilə Abşeron yarımadasında intensiv yağışlar yağır. Bir neçə ayda yağmalı olan yağıntı miqdarı cəmi iki günə yağdı. Yağış Abşeron, Lənkaran ovalığı, dağlıq və dağətəyi bölgələrdə tədris üçün müəyyən çətinliklər yaratdı. Ölkədə tədrislə bağlı xüsusi axsamalar yoxdur. Buna görə də tədrisə fasilə verilməsi üçün zərurət yaranmayıb. Əgər yaranarsa, aidiyyəti üzrə qurumların müraciəti ilə tətil elan oluna bilər.

Ekspert qeyd edib ki, bir neçə məktəblərin ərazisinin və ya məktəbə gedən yolun su basması halları müşahidə olundu. Ancaq bunlar kütləvi olmadı:

“Günün birinci yarısından yağıntı dayanıb, qrunt suları çəkilməkdədir. Bu gün Bakı şəhər Təhsil idarəsi, Abşeron-Xızı-Sumqayıt regional Təhsil idarəsi, Lənkəran-Astara-Lerik-Yardımlı regional Təhsil idarəsi vəziyyətlə bağlı məlumat yaydı. Ölkə üzrə tədrisin təşkilində ciddi axsama, davamiyyətlə bağlı ciddi pozuntu olmayıb”

Onun fikrincə, şagirdlər adətən yaşadıqları ərazidə yerləşən ümumtəhsil məktəblərində təhsil alırlar. Tək-tük halların çıxılması şərtilə şagirdlərin məktəbə getməsində ciddi sıxıntı olmayıb.