Zakir Fərəcovun rəhbərlik etdiyi Sumqayıtda yarımmilyonluq ləğvbackend

Zakir Fərəcovun rəhbərlik etdiyi Sumqayıtda yarımmilyonluq ləğv

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt Şəhər İcra Hakimiyyəti “Sumqayıt şəhəri, Sahil küçəsində yolun asfalt örtüyünün əsaslı təmiri (II hissə)” işlərinin satınalınması ilə bağlı elan etdiyi müsabiqəni ləğv edib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, ləğv edilməyə səbəb müsabiqədə iştirak etmək üçün tələb olunan sayda təchizatçının olmamasıdır. Belə ki, təklifi və təklifin təminatını təqdim etmiş, müvafiq lisenziyaya malik olan iştirakçıların sayı üçdən az olub.

Ləğv etmə mətnində qeyd edilir ki, “müsabiqəyə təklif verən malgöndərənlərin sayı qanunvericiliklə müəyyən edilən saydan az olması və müsabiqənin tamamlanmasının mümkün olmaması səbəbindən” satınalma dayandırılıb.

Qeyd edək ki, layihənin ehtimal olunan dəyəri 455.246,36 manat təşkil edirdi.

Xatırladaq ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdur.