Türkiyə Ədliyyə Nazirliyi cəmiyyətdə böyük rezonans doğuran və illərdir sirr pərdəsi arxasında qalan faili məchul cinayətlərin aydınlaşdırılması üçün tarixi addım atıb. Nazirlik nəzdində yeni yaradılan “Faili Məchul Cinayətlərin Araşdırılması İdarəsi” 75 vilayətdə 693 məktulun adının keçdiyi 638 kritik dosyanı xüsusi nəzarətə götürüb.
NOCOMMENT.az xəbər verir ki, bu xüsusi bölmə qəsdən adam öldürmə və itkin düşmə hallarını, o cümlədən qadın və uşaq cinayətlərini “fərqli bir baxış bucağı” ilə yenidən təhlil edəcək. Türkiyənin faili məchul cinayətlər xəritəsi çıxarıldıqda, İzmirin 49 dosya və 51 məktul ilə siyahıya başçılıq etdiyi məlum olub. Onu 34 dosya ilə Sakarya və 30 dosya ilə Trabzon izləyir.
Siyahıda Giresun, Tokat, Tekirdağ, Malatya və Qəhrəmanmaraş kimi şəhərlər də yüksək göstəricilərlə ön sıralarda yer alır. Metropollardan Ankara və İstanbulda isə hər birində 10 mühüm dosya üzrə araşdırmalar aparılacaq. Bu vahid mərkəz prokurorluqlarla koordinasiyalı şəkildə çalışaraq, dəlil çatışmazlığı və ya sübutların gizlədilməsi səbəbindən nəticəsiz qalan işləri kriminal və analitik üsullarla yenidən araşdıracaq.
Ədliyyə naziri Akın Gürlek bu addımı “Türkiyə Əsrini Ədalət Əsri etmək” vizyonunun tərkib hissəsi kimi qiymətləndirib. Nazir vurğulayıb ki, hədəf cinayətlərin cəzasız qalmasının qarşısını almaq və cəmiyyətdəki ədalət hissini bərpa etməkdir: “Prokuror dosyanın üz qabığındakı ismə deyil, içindəki dəlilə baxar. Məqsədimiz daha sürətli, daha effektiv və etibar verən bir ədalət sistemi inşa etməkdir”.



Sara,
NOCOMMENT.az










