Pakistanın Baş naziri İmran Xan koronavirusa yoluxub.
NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə onun səhiyyə müşaviri Faysal Sultan tvitter hesabında məlumat yayıb.
Həkim qeyd edib ki, Xanın verdiyi “COVİD-19” testinin nəticələri müsbət çıxıb. Baş nazir hazırda evində müalicəsini davam etdirir.