Ermənistanın Vayots dzor bölgəsinin keçmiş bələdiyyə sədri Edqar Kazaryan Kərki kəndi yaxınlığındakı strateji yoldan video paylaşaraq hökumətə müraciət edib.
NOCOMMENT guninfo.az-a istinadən xəbər verir ki, o Kərki kəndinin Azərbaycan ordusu tərəfindən işğaldan azad edəcəyi ilə bağlı narahatlığını dilə gətirirək, ərazidən keçən strateji yolun əhəmiyyətinə toxunub: “Buradan Dzora, Sünik, Mehri, İrəvan, Qarabağa gedən yol var. Paşinyan bu ərazini düşmənə təslim edərsə, onda buradan keçə bilməyəcik. Müdafiəsiz vəziyyətə düşərik”.
Kazaryan Paşinyanı addımlarına görə sərt tənqid edib.