“Bu, artıq qərbdən olan həmkarlarımızın ənənəsinə çevrilib. İsveç kimi bitərəf dövlətin KİV nümayəndəsinin ağlına belə fikirlər gəlir”.
NOCOMMENT report-a istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in sədri, İsveçin XİN başçısı Ann Linde ilə keçirdiyi mətbuat konfransı zamanı İsveç televiziyası müxbirinin Rusiya Federasiyasının demokratiya ilə bağlı davranışına dair sualını cavablandırarkən bildirib.
Qeyd edək ki, jurnalist rusiyalı nazirdən soruşub: “Qərb demokratiyasının xoşuna gəlmək üçün Rusiya hansı addımları atmağı planlaşdırır”.
S.Lavorv bunu nalayiq adlandıraraq beynəlxalq münasibətlər, İkinci Dünya müharibəsində faşizm üzərində qələbə və başqa bu kimi məsələlərdən danışıb.