Azərbaycan Xarici İşlər Nazirliyi Pakistan Respublikasında baş vermiş daşqına görə təəssüf hissi keçirdiyini bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu haqda nazirliyin tviter hesabında qeyd olunub:
“Qardaş Pakistanda baş verən daşqın xəbərindən kədərləndik. Həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların hamısına şəfa diləyirik. Qardaş Pakistan İslam Respublikasının xalqı və hökuməti ilə həmrəy olduğumuzu bildiririk”.