Bu ölkədə fövqəladə vəziyyət elan edildibackend

Bu ölkədə fövqəladə vəziyyət elan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Peruda mütəşəkkil cinayətkar qruplarla mübarizə çərçivəsində 3 bölgədə fövqəladə vəziyyət (OHAL) elan edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Prezident Dina Boluarte açıqlama verib.

Fövqəladə vəziyyət çərçivəsində Milli Polis (PNP) və Silahlı Qüvvələrə (FF.AA) geniş səlahiyyətlər verildiyi və cinayət təşkilatlarına qarşı əməliyyatlarda vaxt qazanılacağı paylaşıldı.

Qeyd olunub ki, San Juan de Luriqançda baş verən son zorakılıq hadisələri hökumətin fövqəladə vəziyyət elan etmək qərarında təsirli olub.

Sentyabrın 15-də San Juan de Luriqançoda gecə klubunda naməlum şəxslərin törətdiyi hücumda 15 nəfər yaralanıb.

Ötən gün həmin ərazidəki başqa bir gecə klubuna əl qumbarası atılıb, hadisə nəticəsində 5 nəfər yaralanıb.