Bu yollarda sıxlıq var - SİYAHI

Bu yollarda sıxlıq var - SİYAHI

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

2. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;


3. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;


4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;


5. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;


6. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;


7. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;


8. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;


9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.