Ağdaşda mebel mağazasında bədbəxt hadisə baş verib.
NOCOMMENT.az apa-a istinadən xəbər verir ki, mebel mağazasında çalışan Ağdaş sakini, 1990-ci il təvəllüdlü Polad Abdullayevin üzərinə iş zamanı şüşə aşıb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Polad Abdullayev orada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.












