Gəncədə ağır qəza - Ölən var

Gəncədə ağır qəza - Ölən var

Gəncədə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili motosikletə toqquşub.

Nəticədə motosikletin sürücüsü 2004-cü il təvəllüdlü Amin İsmayılov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

İlkin məlumata görə, vəfat edən şəxs kuryerdir.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.\\report.az