Türkiyənin Rəqabət Şurası "Threads" sosial şəbəkəsinə qoyulan məhdudiyyətləri ləğv edib.
NOCOMMENT.az bildirir ki, bu barədə qurumun rəsmi saytındakı press-relizdə məlumat verilir.
"Rəqabət Şurasının müdaxiləsi sayəsində istifadəçilərin "Threads" platformasında iştirak etmək üçün mütləq "Instagram" profilindən istifadə etmək məcburiyyətində qaldığı praktikaya son qoyulub", - deyə antiinhisar xidmətinin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.
Qurumdan qeyd ediblər ki, artıq istifadəçilər telefon nömrəsindən istifadə etməklə "Threads" üçün ayrıca hesablar yarada biləcəklər. Bununla yanaşı, vətəndaşların məlumatları "Meta"nın digər xidmətləri tərəfindən toplanmış məlumatlarla avtomatik olaraq birləşdirilməyəcək.
Xatırladaq ki, Türkiyə hökuməti sosial şəbəkəni 2024-cü ilin aprelində bloklamışdı. Ölkənin antiinhisar qurumu bəyan etmişdi ki, "Threads" və "Instagram" istifadəçilərinin məlumatlarının mümkün birləşdirilməsi rəqəmsal platformalar bazarında rəqabətin məhdudlaşdırılmasına səbəb ola bilər. Oxu.az










