Arda Gülər “Real”ın ən yaxşı futbolçusu seçildi

Arda Gülər “Real”ın ən yaxşı futbolçusu seçildi

Arda Gülər səsvermənin nəticələrinə əsasən oktyabr ayının “Real Madrid” klubundakı ən yaxşı futbolçusu seçilib.

NOCOMMENT.az xəbər verir ki, 20 yaşlı türkiyəli hücumçu noyabrın 7-də mükafatını alıb.

Keçən ay Gülər dörd oyunda meydana çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb. Madrid təmsilçisi həmin dörd görüşün hamısında qələbə qazanıb: “Vilyarreal”a qarşı 3:1, “Xetafe”yə qarşı 1:0, “Barselona”ya qarşı 2:1 və “Yuventus”a qarşı 1:0 hesabı ilə.

Gülər 2023-cü ildə “Real Madrid” klubuna transfer olunub və onun müqaviləsi 2029-cu ilə qədər qüvvədədir. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 60 milyon avro təşkil edir.