00:30
Bu gün Azərbaycandan Ermənistana ilk dəfə olaraq yerli mənşəli neft yükünün tədarükü Ağstafaya gəlib.
NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə, qatar gecə saatlarında Ağstafanın Böyük-Kəsik stansiyasına daxil olub. Qatar stansiyada yoxlanıldıqdan sonra Gürcüstana, oradan isə Ermənistana yola salınacaq.
Qeyd edək ki, cənab Prezident İlham Əliyevin qərarı ilə oktyabr ayında Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı işğal dövründən mövcud olan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra qonşu ölkəyə yük göndərişi davam edir.
Belə ki, 18 dekabr tarixində Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib. Gecə saat 1 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) yük qatarı ilə Böyük Kəsik stansiyasına gətirilən 22 vaqona yüklənmiş 1220 ton “Aİ-95” markalı avtomobil yanacağı dörd saat sonra Gürcüstana yola salınıb.
Yük Gürcüstan vasitəsilə Ermənistana çatdırılacaq.















