Daha bir ölkə İspaniya ilə sərhədi bağladı

Daha bir ölkə İspaniya ilə sərhədi bağladı

Miqrasiya böhranının Seuta şəhərindəkəskinləşməsi fonunda İtaliya İspaniya ilə dəniz və hava sərhədlərini bağlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İtaliya Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Qərar bu gün səhər İtaliyanın daxili işlər naziri Matteo Piantedosi tərəfindən Daxili İşlər Nazirliyində keçirilən İmmiqrasiya və Sərhəd Təhlükəsizliyi Komitəsinin iclasında təqdim olunan son məlumatların təhlilinin nəticələrinə əsasən qəbul edilib”, - məlumatda vurğulanıb.

Qeyd edək ki, daha öncə Avstriya da İspaniya ilə Şengen zonası daxilində sərhədi bağladığını bəyan edib.