Türkiyədə daha bir bələdiyyə sədri həbs edilib

Türkiyədə daha bir bələdiyyə sədri həbs edilib

İstanbulun Üsküdar rayonunun bələdiyyə sədri Sinem Dedetaş həbs edilib.

NOCOMMENT.az xəbər verir ki, Sinem Dedetaş tikinti və istismar icazələrinin verilməsi prosesində qanunsuzluqlara yol verilməsi ilə rüşvət və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərinin törədildiyi iddiası ilə aparılan istintaq çərçivəsində saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə daha dörd şübhəli barəsində də həbs qətimkan tədbiri seçilib.