Bakıda gəlinini güllələyən 88 yaşlı şəxs xəstəxanada ölüb

Bakıda gəlinini güllələyən 88 yaşlı şəxs xəstəxanada ölüb

Ötən gün gəlinini güllələdikdən sonra intihara cəhd edən 88 yaşlı şəxs xəstəxanada ölüb.

NOCOMMENT.az xəbər verir ki,KTM-in mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd apa-a açıqlamasında bildirib ki, Yaşar Dadaşov dərman zəhərlənməsi diaqnozu ilə Toksikologiya şöbəsinə gətirilib:

“Mərkəzə daxil olarkən koma vəziyyətində olub. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb”.

Qeyd edək ki, oktyabrın 19-da saat 9 radələrində Xəzər rayonu Mərdəkan qəsəbəsində 1964-cü il təvəllüdlü Dadaşova Gülnarə Mikayıl qızının ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, cinayət əməlini törətməkdə G.Dadaşovanın qayınatası, 1935-ci il təvəllüdlü Dadaşov Yaşar Məmməd oğlu şübhəli bilinib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

#
Aləmdə Nəsib