Venesuela faciədən özünə gəlməmiş daha bir şok yaşadı

Venesuela faciədən özünə gəlməmiş daha bir şok yaşadı

Venesuelanın Araqua ştatının sahillərində 4.9 bal gücündə zəlzələ baş verib.

NOCOMMENT.az-ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən məlumat verilib.

Zəlzələnin episentri üç milyondan çox insanın yaşadığı Karakasdan 80 km şimal-qərbdə, ocağı isə 35 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və ya dağıntılar barədə hələ ki məlumat daxil olmayıb.

Xatırladaq ki, iyunun 24-də axşam Venesuelada 7.2 və 7.5 bal gücündə iki yeraltı təkan baş verib. Onların episentrləri Venesuelanın Yarakuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib. Son məlumatlara görə, həmin zəlzələlər nəticəsində həyatını itirənlərin sayı 920 nəfərə çatıb, 3.3 mindən çox insan xəsarət alıb.\\oxu.az