Binəqədidə bu yola diqqət edin: Sürücülər üçün ciddi təhlükə var - VİDEO

Binəqədidə bu yola diqqət edin: Sürücülər üçün ciddi təhlükə var - VİDEO

Bakının Binəqədi rayonu ərazisində yolun çökməsi həm sürücülər üçün ciddi təhlükə mənbəyinə çevrilib.

NOCOMMENT.az xəbər verir ki, asfalt örtüyünün altında yaranan boşluqlar və yolun çökməsi nəqliyyatın hərəkətini iflic etməklə yanaşı, ağır yol-nəqliyyat hadisələrinin baş verməsi riskini artırıb.

Yerli sakinlər və sürücülər bildirirlər ki, çökmə sahəsi günü-gündən genişlənir, lakin aidiyyəti qurumlar hələ də məsələyə çevik reaksiya verməyib.

Təhlükəli hissədə hər hansı təhlükəsizlik nişanlarının və ya müvəqqəti məhdudiyyətlərin tətbiq olunmaması vəziyyəti daha da gərginləşdirib. Nəticədə avtomobillərə ciddi ziyan dəyib.

Sürücülər məsul qurumları təcili olaraq əraziyə baxış keçirməyə və çökmüş yol hissəsini bərpa etməyə çağırırlar.