Bakıda əri qadın işlədiyi “Kontakt Home” mağazasında bıçaqladı

Bakıda əri qadın işlədiyi “Kontakt Home” mağazasında bıçaqladı

Ötən gün paytaxtın Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

NOCOMMENT.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Üzeyir Hacıbəyli küçəsində yerləşən “Kontakt Home” mağazasında baş verib.

Bakı şəhər sakini 1992-ci il təvəllüdlü Faxrəddin Sədrəddin oğlu Quliyev mağazaya basqın edərək orada işləyən arvadı Sumqayıt şəhər sakini 1995-ci il təvəllüdlü Leyla Murad qızı Quliyevaya bıçaqla zərbələr endirib.

30 yaşlı qadın qaçsa da, əri ona çataraq kürək nahiyəsinə 8 bıçaq xəsarəti yetirərək öldürməyə cəhd göstərib.

F.Quliyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

L.Quliyeva xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29.120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırmalar davam etdirilir.