Gəncədə ağır qəza - 3 nəfər xəsarət aldı

Gəncədə ağır qəza - 3 nəfər xəsarət aldı

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, sürücü anidən idarəetməni itirib və digər maşına çırpılıb. Nəticədə maşında olan 1999-cu il təvəllüdlü Fatma Aşurova, 1992-ci il təvəllüdü Günel Aşurova, 2022-ci il təvəllüdlü M. Məmmədova xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbləri araşdırılır.