Biləsuvarda şəhid anası vəfat etdi - FOTO

Biləsuvarda şəhid anası vəfat etdi - FOTO

Şəhid anası oğlu ilə eyni gündə vəfat edib.

NOCOMMENT.az-ln Cənub bürosunun verdiyi xəbərə görə ,Biləsuvar rayonu, Nərimankənd kəndindən şəhid  gizir şəhid Pərvin Əliyevin anası Rəfiqə Əliyeva oğlunun şəhid olduğu gündə vəfat edib. Şəhid anası sakini olduğu kənddə pedoqoji fəaliyyəti olan, təqaüdçü  müəllimə idi.

Qeyd edək, Xüsusi Təyinatlı Qüvvələrdə gizir rütbəsində xidmət edən şəhid Pərvin Əliyev, 2014-cü il 1-3 avqust tarixləri arasında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. O, avqustun 2-si doğulduğu Biləsuvar rayonunun Nərimankənd kəndində dəfn olunub. Şəhid Pərvin Əliyev ölümündən sonra  "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.