Goranboyda ailə münaqişəsi qanla nəticələnib.
NOCOMMENT.az-ın məlumatına görə, hadisə rayon mərkəzində yerləşən yaşayış evlərindən birində baş verib.
Goranboy şəhər sakini, 57 yaşlı Ş. Aslanov aralarında yaranan mübahisə zamanı onunla bir evdə yaşayan oğlu, 1993-cü il təvəllüdlü E.Aslanova kəsici deşici alətlə müxtəlif bədən xəsarətləri yetirib. 33 yaşlı kişi hadisə yerində dünyasını dəyişib.
Əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.(bizimmedia.az)











