IV Şuşa Qlobal Media Forumunda blogerlərin iştirakı müzakirələrə səbəb olub. Bəzi jurnalistlər buna etiraz edərək forumun peşəkar media nümayəndələri üçün nəzərdə tutulmalı olduğunu deyiblər. Digərləri isə rəqəmsal medianın inkişafı fonunda blogerlərin iştirakını təbii və normal hal kimi qiymətləndiriblər.
NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a açıqlamasında media eksperti, professor Qulu Məhərrəmli bildirib ki, bu, tam normal hadisədir.
“Blogerlərin media forumunda iştirakına normal yanaşıram. Bu, media forumudur, jurnalistika forumu deyil.
Dəvət olunmaq səbəbləri odur ki, iki media dünyası var: real və virtual. Virtual media indi daha güclüdür: blogerlər, influenserlər… Onların auditoriyaya təsir imkanları daha böyükdür”, - o vurğulayıb.











