MİQ üzrə test imtahanlarının ilk gününün nəticələri açıqlandı

MİQ üzrə test imtahanlarının ilk gününün nəticələri açıqlandı

2026-2027-ci tədris ili üzrə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanı mərhələsinə start verilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) məlumatına görə, imtahanlar 14-18 iyul tarixlərində ölkənin 19 şəhərində fəaliyyət göstərən 38 imtahan mərkəzində keçirilir.

Məlumata əsasən, test imtahanlarının ilk günü 8 024 namizəd iştirak üçün dəvət olunub. İmtahanlarda 95 faiz davamiyyət qeydə alınıb.

Agentlik bildirib ki, iyulun 14-də keçirilən test imtahanı ilə bağlı apellyasiya müraciətlərinin qəbulu iyulun 15-i saat 12:00-da başlayacaq. Müraciətlər 48 saat ərzində qəbul ediləcək və onların araşdırılmasından sonra yekun nəticələr elan olunacaq.

MÜTDA test imtahanında iştirak edən bütün namizədlərə uğurlar arzulayıb.