Yeni Günəşlidə küçə işıqları niyə yanmır? – Səbəb AÇIQLANDI - VİDEO

Yeni Günəşlidə küçə işıqları niyə yanmır? – Səbəb AÇIQLANDI - VİDEO

Bakı şəhərinin Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin sakinləri gecələr küçə işıqlarının yanmamasından şikayətçidirlər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə müraciət edən sakinlər məlumat veriblər.

Onlar bildiriblər ki, qəsəbənin Abbas Fətullayev küçəsində işıq dirəkləri olsa da, gecələr qaranlıq olur:

"Bir ildən çoxdur ki, işıqlar yandırılmır. Bu da həm piyadalar, həm də sürücülərin təhlükəsiz hərəkətinə maneə yaradır. Dəfələrlə şikayət etməyimizə baxmayaraq problem qalmaqda davam edir".

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən cavab olaraq bildirilib:

"Bakı Şəhər İşığı" Elektrik Şəbəkə Müəssisəsinin Suraxanı Təmir-Bərpa Sahəsinə ünvanlanmış şifahi sorğuya cavab olaraq idarənin təqdim etdiyi məlumatda qeyd olunub ki, Abbas Fətullayev küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iki ədəd işıqlandırma dirəyi tam yararsız vəziyyətə düşdüyündən həmin ərazidə küçə işıqlandırma sisteminin fəaliyyətində fasilə yaranıb.

Qurumun məlumata əsasən, qısa müddət ərzində yaranmış nasazlıq aradan qaldırılacaq və sözügedən ünvanda küçə işıqlandırması tam şəkildə bərpa olunacaq".\\oxu.az