Qarabağ Universitetində yeni təyinat olub.
NOCOMMENT.az-ın məlumatına görə, bu barədə universitetin rektoru Şahin Bayramov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Cəmilə Rəsul qızı İsmayılzadə Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Cəmilə İsmayılzadə bakalavriat təhsilini Bakı Dövlət Universitetində (Beynəlxalq münasibətlər ixtisası üzrə), magistratura təhsilini isə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Almaniyada alıb.
C.İsmayılzadə bundan əvvəl Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Azərbaycan–Fransız Universitetində (UFAZ), Azərbaycan İdman Akademiyasında rəhbər vəzifələrdə çalışıb. Bu təyinata qədər C.İsmayılzadə Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının təşkilati komandasında şöbə müdiri vəzifəsində işləyib.
Çoxsaylı beynəlxalq təqaüd və təlim proqramlarının məzunu olan C.İsmayılzadə ictimaiyyətlə əlaqələr, kommunikasiya, universitet idarəetməsi və beynəlxalq əməkdaşlıq sahəsində təcrübəyə malikdir.
Gülər











