Freddi Varqas Bakıya gəldi

Freddi Varqas Bakıya gəldi

"Neftçi"nin "Makkabi"dən (Netanya) transferini rəsmiləşdirməyə yaxın olduğu venesuelalı yarımmüdafiəçi Freddi Varqas artıq Azərbaycandadır.

NOCOMMENT.az Fanat.Az-a istinadən xəbər verir ki, ötən mövsüm icarə əsasında formasını geyindiyi "ağ-qaralar"ın heyətində parlaq çıxışla yadda qalan legioner bu gecə Bakıya gəlib.

27 yaşlı oyunçunun 2+1 illik müqaviləyə imza atacağı gözlənilir.

Varqas Venesuela millisinin heyətində son olaraq bu ilin martında DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində Ekvador yığması ilə matça çıxıb. Ölkəsinin "Deportivo Lara" klubunun yetirməsi olan Freddi daha öncə ABŞ-də də legioner həyatı yaşayıb. Geridə qalan mövsümdə "Neftçi"nin heyətində Misli Premyer Liqasında 31 matça çıxan orta xətt oyunçusu 5 qolla yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 900 min avro məbləğində dəyərləndirir.

Neftçi PFK

Azərbaycan Premyer Liqası (Misli Premyer Liqası)