“Prezident İlham Əliyevə təşəkkür edirəm. Onun kimi bir liderin imzası ilə “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmaq ən yüksək dəyər və şərəfdir”.
NOCOMMENT.az xəbər verir ki, bunu “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu bildirib.
O deyib ki, 60 illik yubileyinə və 37 illik media fəaliyyətinə bundan da yüksək mükafat ola bilməzdi.
“Azərbaycan dövlətinə xidmət edirəm”, - jurnalist vurğulayıb.
Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 22-də Rauf Arif oğlu Abbasovun (Rauf Arifoğlu) 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Rauf Arifoğlu Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, iyulun 23-də onun 60 yaşı tamam olur.











