Xalq artistindən kişi kimi rəqs edən qadınlara irad

Xalq artistindən kişi kimi rəqs edən qadınlara irad

Xalq artisti, rəqqasə Cəmilə Bayramova xanımların kişi kimi rəqs etməsindən danışıb.

NOCOMMENT.az xəbər verir ki, o, bununla bağlı fikirlərini Moderator.az-a açıqlamasında səsləndirib.

"Vallah bilmirəm, bunu müasirlik kimi qələmə verirlər, yoxsa bildirmək istəyirlər ki, onlar da kişilər kimi mərddirlər?! Yoxsa elə bu səbəbdən kişilərdən geri qalmaq istəmirlər. Çünki kişi hərəkətləri kifayət qədər sərt və çətindir. Qadınlar da demək istəyir ki, onların da ayaqları çox gözəl işləyir, kişi kimi oynaya bilirlər. Bizim qadınlarımız çox zəhmətkeşdirlər. Əksəriyyəti fiziki iş görür, kişilər kimi bir yerdə durmur. "Yallı" rəqsində ola bilər ki, qadınlar ayaqlarını kişi kimi atsınlar. Toyda oynayırlarsa, özləri bilərlər. Bu hər kəsin öz şəxsi işidir. Amma səhnədə xanımlar elə xanım kimi rəqs etsələr, yaxşıdır", - deyə C.Bayramova bildirib.