Dursun Həsənov vəfat etdi

Dursun Həsənov vəfat etdi

Azərbaycanın Gürcüstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov vəfat edib.

NOCOMMENT.az xəbər verir ki, Bakıdakı evində dünyasını dəyişib. Mərhum iyunun 13-də Bakı şəhərində dəfn olunacaq.

Qeyd edək ki, Dursun Həsənov əslən Marneuli rayonunun Algeti kəndindəndir. O, 2017-2020-ci illərdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.\\Aktual.ge