Əbulfəs Qarayevin “qara siyahı”sı – nazir olduğu illərdə Moskvada gördüyü işlər… – ŞOK FAKTLAR

Əbulfəs Qarayevin “qara siyahı”sı – nazir olduğu illərdə Moskvada gördüyü işlər… – ŞOK FAKTLAR

Əbülfəz Qarayev mədəniyyət naziri olduğu dövrdə müxtəlif biznes fəaliyyətləri ilə məşğul olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli paylaşım edib.

Həsənlinin araşdırması göstərir ki, Qarayevin fəaliyyəti yalnız Panamadakı şübhəli şirkətlər və Xorvatiyalı otellə məhdudlaşmırmış. Keçmiş nazir Moskvada dəniz məhsullarından tutmuş neft və qaz ticarəti ilə də məşğul imiş.

Qeyd edək ki, sabiq nazirin adı Panama qeydiyyatlı “Rimbo” şirkəti və Xorvatiyada yerləşən “Amfiteatr” oteli ilə əlaqələndirilir.

Jurnalistin araşdırmasına əsasən, Əbülfəs Qarayev Moskvada dəniz məhsulları – balıq və molyusk – satışı ilə məşğul olub. Moskvada Qarayevin “LEON BABY” və “MYASNAYA QARANT” kimi ticarət markaları var.

Jurnalist qeyd edib ki, nazir Moskvada təkcə balıq, molyusk, toyuq-cücə, deyil, həm də neft və qaz məhsulları satırmış.

Həm də Əbülfəs Qarayev məhz nazir olduğu illərdə:

– 2004–cü ilin fevralında Panamada RİMBA SA şirkətini təsis edib;

– 2008-ci ildə Xorvatiyada LK D.O.O. (LTD) şirkətini həyat yoldaşının adın təsis edib, Pula şəhərində o dövr üçün 1 milyon avro dəyərində olan “Amfiteatr” otelini alıb;

– 2010-cu ildə həyat yoldaşı Lalə Kazimovanın adına KL BODRUM EMLAK TİCARET VE Sanayi LİMİTED ŞİRKETİ-ni təsis edib.

– 28 iyul 2010-ci ildə Moskvada “ÇƏHRAYI SUNK” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin (ООО “Розовый Скунс”) təsisçisi kimi qeydiyyatdan keçib.

– 17 aprel 2012-ci ildə Moskvada fərdi sahibkar kimi qeydiyyata alınıb ( “qeyri-ixtisaslaşmış mağazalarda pərakəndə ticarət”);

– 7 aprel 2014-cü ildə Moskvada GALS MMC-nin (ООО “ГАЛС”) rəhbəri olub;

– 12.01.2016-cı ildə fərdi sahibkar kimi fəaliyyətini dayandırıb;

– 23.06.2017-ci ildə Moskvada “GZK OIL” MMC-ni (ООО “ГЗК ОЙЛ”) təsis edib;

– 18 may 2023-cü ildə ÇE CORPORATION MMC-nin təsisçisi (ООО “КОРПОРАЦИЯ ЧЕ)

kimi qeydiyyatdan keçib. Buna qədər təsisçi qismində Əbülfəs Qarayevin təsisçisi olduğu “QALS” və “ÇƏHRAYI SUNK” MMC-lər iştirak edib.