Gədəbəydə partlayış – Yaşlı qadın yaralandı

Gədəbəydə partlayış – Yaşlı qadın yaralandı

Gədəbəydə partlayış baş verib.

NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Arıqdam kəndində qeydə alınıb.

1950-ci il təvəllüdlü Rahilə Quliyeva yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadına tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bidlirilir.

Məlumata görə qadın yaşadığı evdə qaz partlaması nəticəsində xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.