Məşhur rus xanım sirri açıqladı: oğlunun Azərbaycanı seçməsinin səbəbi bu imiş

Məşhur rus xanım sirri açıqladı: oğlunun Azərbaycanı seçməsinin səbəbi bu imiş

Rusiyalı idmançı Aleksandr Plyuşenkonun idman vətəndaşlığının Azərbaycanla dəyişdirilməsi qərarının necə verildiyi məlum olub.

NOCOMMENT.az xəbər verir ki, rusiyalı prodüser Yana Rudkovskaya oğlu Aleksandr Plyuşenkonun bu qərarı müstəqil vermədiyini bildirib. Onun sözlərinə görə, Aleksandr hələ idman yolunun başlanğıcındadır və beynəlxalq yarışlarda çıxış etmək istəyi olsa da, ölkə seçimini özü etməyib.

Rudkovskaya qeyd edib ki, oğlunun Azərbaycanı təmsil etməsi qərarını şəxsən özü verib.

“Biz Bakıda çox oluruq. Mən Azərbaycanı çox sevirəm. Həyat yoldaşım da Azərbaycanı çox sevir. Orada çoxlu çıxışlarımız, şoularımız və nağıllarımız olur”, – deyə o bildirib.