Rusiya Kiyevə hücuma başladı - Şəhər BOMBALANIR

Rusiya Kiyevə hücuma başladı - Şəhər BOMBALANIR

Rusiya qoşunları bu gün axşam saatlarında Ukraynanın paytaxtı Kiyevə növbəti dəfə ballistik raket zərbələri endirib. Şəhər sakinləri silsilə partlayış səsləri eşidib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko və paytaxtın meri Vitali Kliçko məlumat yayıb.

"Düşmən Kiyevə ballistik raketlər atır.

Sığınacaqlarda qalın", - deyə Tkaçenko teleqram kanalında sakinlərə xəbərdarlıq edib.

Kiyev meri Vitali Kliçko isə öz növbəsində hava hücumundan müdafiə qüvvələrinin aktiv şəkildə işlədiyini və hədəfləri məhv etməyə çalışdığını bildirib. İlkin məlumatlara görə, paytaxtın Darnitski rayonuna raket qalıqları düşüb. Təcili yardım və xilasetmə xidmətləri dərhal hadisə yerinə cəlb edilib.

Hərbi Administrasiya raket qalıqlarının şəhərin digər hissələrində də düşmə ehtimalının olduğunu və təhlükənin hələ tam aradan qalxmadığını açıqlayıb. Hücumun vurduğu ziyan və mümkün xəsarət alanlar barədə əlavə məlumatlar dəqiqləşdirilir.

Tunar,