İran Hörmüz boğazında gəmilərin hərəkətinə görə ödəniş alaraq, hər il təxminən 40 milyard dollar əldə edə bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Vol Strit Jurnal" (VSJ) məlumat yayıb.
Söhbət bu su marşrutundan keçən gəmilər üçün təhlükəsizlik, naviqasiya və ekoloji nəzarət xidmətlərinin göstərilməsinə görə mümkün ödənişin tətbiqindən gedir.
Adı açıqlanmayan məmurların sözlərinə görə, Tehran beynəlxalq modelləri, xüsusən də Türkiyənin Egey dənizi ilə beynəlxalq su yolu arasında hərəkət edən gəmilərdən vergi aldığı Dardanel təcrübəsini öyrənir.
Qeyd olunur ki, İran qonşularının bu razılaşmada iştirakını və gəlirlərin bir hissəsinin onların arasında bölüşdürülməsini nəzərdə tutaraq, təklifi Yaxın Şərq ölkələri və Çinlə müzakirə edir.
"Hamı anlamalıdır ki, boğazın idarə olunması heç vaxt əvvəlki vəziyyətinə qayıtmayacaq", - İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf çərşənbə axşamı Omana səfəri zamanı bildirib.
ABŞ dövlət katibi Marko Rubio bu həftə Yaxın Şərqə səfəri zamanı həmin plana qarşı çıxıb.











