Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Gəncə şəhər İdarəsinə yeni rəis təyin olunub. Xidmətin rəisi general-mayor Mürsəl İbrahimov bununla bağlı müvafiq əmr imzalayıb.
NOCOMMENT.az xəbər verir ki, əmrə əsasən, polkovnik-leytenant Ceyhun Əsədov SHXÇDX-nin Gəncə şəhər İdarəsinin rəisi vəzifəsinə gətirilib.

Qeyd edək ki, Ceyhun Əsədov bu təyinata qədər sözügedən dövlət xidmətinin Xaçmaz rayon şöbəsinin rəisi vəzifəsində çalışıb.












