Həftəsonu yol qəzalarında 16 nəfər ÖLÜB

Həftəsonu yol qəzalarında 16 nəfər ÖLÜB

Aprelin 29-u və 30-da ölkənin avtomobil yollarında ölümlə nəticələnən 11 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə NOCOMMENT.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, qəzalar nəticəsində 16 nəfər ölüb, 12 nəfər isə xəsarət alıb.